Qarapapaqlar

Qarapapaqlar
Tərəkəmə əsgərləri
Özünüadlandırma
Qarapapaq
Yaşadığı ərazilər
 Azərbaycan
 Türkiyə 68 000 - 106 000[1]
 İran 67 500[2]
 Gürcüstan
 Dağıstan
Dili

Azərbaycan dili (qərb dialekti)

İrqi
Avropoid
Dini

İslam

Daxildir
Azərbaycan türkləri
Mənşəyi
OğuzQıpçaq (Türk)
Qohum xalqlar

Türk xalqları

Qarapapaqlar və ya TərəkəmələrŞimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda SulduzTürkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa.[3][4][5][6][7][8][9] Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir.[10]

Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı[a] ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir.[11] Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir.

Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər. 1988-ci ildən başlayan Ermənistandan azərbaycanlıların ikinci deportasiya prosesi zamanı Qarapapaqlar oranı tərk edərək Azərbaycan Respublikası ərazisinə yerləşmişdir.

  1. The other languages of Europe — 2001. — С. 414.
  2. "Binesheno". 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
  3. "Азербайджанцы. Большая Советская Энциклопедия (цитаты)". 2015-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
  4. "Азербайджанцы : БСЭ / Яндекс. Словари". 2014-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
  5. "Значение слова «Карапапахи» в Большой Советской Энциклопедии". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
  6. "Российский Этнографический музей : Толковый словарь: Карапапахи". 2013-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
  7. Теорию происхождения карапапахов от огузов обосновали турецкий историк Фахреттин Кырзыоглу и ранее другой известный историк Заки Валиди Тоган
  8. "Алиев Камиль Кумыкские общины за рубежом: история и современность / Kumukia. Кумысский мир. История, культура, география. Размещено: 2005-09-09. Опубликовано: журнал "Возрождение", Махачкала. 1999, № 5. С. 35—42". 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
  9. "Межнациональные отношения в Турции : Обзор генерального консульства России в Трабзоне (2002) / Абхазия — страна души. По материалам журнала «Полпред», 2002". 2014-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
  10. Sakinat Hajiyeva. Дагестанские терекеменцы: XIX - начало XX в. Наука. 1990. səh. 3. ISBN 5-02-016761-4.
  11. 1 2 Barthold, Wixman, 1978. səh. 627


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search